Bazar , Oktyabr 18 2026
azfa

Suriya Palmiradakı hərbi bazanı Türkiyəyə verdi

GADTB: Suriyanın yeni hökuməti Palmiradakı hərbi bazanı Türkiyəyə verib. Baza ABŞ-ın Almaniyadakı Ramstayn bazası qədər böyük olacaq.

Bu barədə Türkiyənin “Yeni Şəfəq” nəşrinin rus dilində yayımlanan Teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, Ankara BMT başda olmaqla, bütün böyük dövlətləri xəbərdar edib və ona qarşı istənilən təcavüz aktının güclə qarşılanacağını bəyan edib.

“Hadisələrin bu inkişafı İsraili ən çox narahat edib. Müxtəlif İsrail nəşrləri Türkiyənin Suriyadakı mövcudluğunun İsrail üçün təhlükə yaratdığını, Ankaranın hər an öz qüvvələrini şimaldan Palmiraya köçürə biləcəyini yazır. Bu prosesi dayandırmaq üçün İsrail və ABŞ arasında danışıqların aparılmasının zəruriliyi, həmçinin Rusiyadan Türkiyəyə qarşı əks həmlə kimi istifadə oluna biləcəyi vurğulanır. Bu kontekstdə Rusiyanın Suriyadakı hərbi bazalarının qorunub saxlanmasına dəstək verilməsi təklif edilir”, – məlumatda qeyd olunub.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …