Bazar , Dekabr 22 2024
azfa

GADTB – Məramnamə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB)

MƏRAMNAMƏSİ

Min illərlə öz yurdlarında dövlətçilik tarixinə malik olan Azərəbaycan türkləri XX əsrin I yarısından rasist fars hakimiyyətinin işğalına, ayrı-seçkilik və sömürgəşilik siyasətinə məruz qalmaqdadır. Bu gün min illər öncədə olduğu kimi öz tarixi ərazilərində yaşayan Azərbaycan türklərinin bütün təbii və insani hüquqları pozulur. İranda yaşayan əhalinin təxminən yarısına yaxınını təşkil edən Azərbaycan türkləri öz dillərində təhsildən məhrum edilib. Bu səbəblərə görə Azərbaycan türkləri öz hüquqlarının bərpası və dövlətçilik ənənələrinin davam etdirilməsi uğrunda mübarizə aparır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) də Azərbaycan türklərinin hüquqlarının, o cümlədən Güney Azərbaycanın müstəqilliyinin bərpa edilməsi nəqsədilə yaranıb fəaliyyət göstərir.

GADTB hər bir xalq kimi Azərbaycan türklərinin də ona məxsus olan coğrafiyada azad, müstəqil yaşamaq, dövlət qurmaq, birləşmək hüququnu əsas görtürərək, beynəlxalq hüquq normaları ilə müəyyənləşdirilmiş insan hüquq və azadlıqları prinsiplərinə sadiqdır. Demokratik prinsiplərə önəm verməkdədir.

GADTB Azərbaycan türk millətinin dövlətçiliyinin və müstəqilliyinin bərpası ilə qurulacaq Güney Azərbaycan Cümhuriyyətində müxtəlif sahələr barədə dünya görüşü:

  1. Müstəqillik:

Müstəqillik öz müqəddəratını təyinetmə haqqı çəriçivəsində beynəlxalq hüquq normaları ilə tanındığı kimi Azərbaycan türkləri üçün də tanınmalıdır və Güney Azərbaycanın müstəqilliyi GADTB-nın əsas məqsədlərindən biridir.

  1. Güney Azərbaycan Türk Dövləti:

Güney Azərbaycan türklərinin əsas hüququ kimi öz dövlətlərini qurma haqqı, yəni Güney Azərbaycan Türk Dövlətinin yaranması GADTB-nın başlıca məqsədi hesab edilir.

  1. Bütöv Azərbaycan Türk Dövləti:

Güney Azərbaycanın da Quzey Azərbaycan kimi müstəqillik qazanmasından sonra, Bütöv Azərbaycan Türk Dövlətinin yaranması bütün Azərbaycan türklərinin istəyi ilə gündəmə gələ bilər. Bu prinsip GADTB tərəfindən dəstəklənir.

  1. Türk Dünyasında dil, düşüncə və əməl birliyi (Çağdaş Turan evi);

Güney Azərbaycanın müstəqilliyindən sonra Türk dünyası ilə hər tərəfli əlaqə və birliyin gündəmə gəlməsi vacib və faydalı olar. Türk xalqlarının mənafeyi istiqamətində bu prinsip də GADTB tərəfindən dəstəklənir.

  1. Dünyada sülh və barış:

GADTB-nın əsas məqsədlərindən biri Güney Azərbaycan türklərinin hüquqlarının bərpası olduğu kimi dünyada da bütün insanların hüquqlarının təmin edilməsi və dünyada sülhün bərqərar edilməsidir.

  1. Türk dili və kimliyinin qorunması:

Azərbaycan türk millətinin ana dili olan türk dili qurulacaq dövlətin rəsmi dili olmalıdır. XX əsrin I yarısından irqçi və müstəmləkəçi fars rejiminin assimilyasiya siyasəti nəticəsində millətimizin milli varlığı, mədəniyyəti və dilinə dəyən xəsarətin ortadan qaldırılması üçün iş aparılacaq. Azərbaycan ərazisində yaşayan az saylı etonslar olacaqsa demokratik prinsiplər əsasında dövlətin rəsmi dili ilə yanaşı onlar öz dillərində də təhsil ala və öz mədəniyyətlərini yaşatmaq hüququna malik olacaqlar.

  1. İnsan haqları və demokratiya:

GADTB diktaror və irqçi İran hakimiyyətində Azərbaycan türklərinin milli və insani hüquqlarının bərpası uğrunda mübarizə apardığı kimi qurulacaq Güney Azərbaycan dövlətində də insan haqları və demokratiyanın prioritet təşkil etməsinin tərəfdarıdır. GADTB-in amalı Güney Azərbaycanda yaşayan bütün insanların təməl hüquq və azadlıqlarının qorunduğu demikratik və sivil toplumun, eləcə də hüquqi dövlətinin tam bərqərar olmasıdır.

  1. Laik Dövlət:

GADTB qurulacaq Güney Azərbaycan Cümhuriyyəti dövlətində dinin dövlət idarəçiliyi və siyasətdən uzaq tutulması və laik (dünyəvi) dövlət sistemini əsas götürməkdədir. Lakin ölkədə bütün təməl insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı insanların din və inam azadlığı təmin ediləcək.

  1. Sosial ədalət:

GADTB qurmaq istədiyi Güney Azərbaycan Cümhuriyyəti hüquqi dövlətində sosial ədalət prinsipinə xüsusi önəm verəcək. Hər bir insan özünün fərdi keyfiyyətlərindən asılı olaraq hamı üçün yaradılan bərabər şəraitdən, qanun və imkanlar qarşısındakı bərabərlikdən məharətlə yararlanıb maddi və mənəvi tələbatlarını eyni dərəcədə ödəyə bilmir. İnsanların sosial sahədə bərabərliyi ilə yanaşı, onların qayğısız, gələcəyə ümidli və rahat yaşaması üçün şəraitin yaradılması prioritet təşkil edəcək.

  1. Mədəniyyət, təhsil və elm

Hər bir cəmiyyətin və millətin gələcək inkişafı və mutluluğu elm və təhsillə birbaşa bağlı olduğu üçün elm və təhsil hər zaman qurulacaq Güney Azərbaycan dövlətinin diqqət mərkəzində olacaq. GADTB elmin, təhsilin və mədəniyyətin inkşafını, gənc nəslin tərbiyəsini ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırmağı və bu istiqamətdə səmərəli dövlət siyasətinin həyata keçirilməsini zəruri hesab edir.

  1. İqtisadiyyat:

GADTB Güney Azərbaycan-da azad bazar iqtisadiyyatı sistemini bərqərar olmasını əsas götürür. Güclü və dinamik inkişaf edən iqtisadiyyat ölkədə başqa sahələrin də inkişafına, əhalinin rifhına şərait yaradacağı nəzərə alınaraq iqtisadiyyatın gücləndirilməsi diqqət mərkəzində olacaq. Xarici sərmayənin cəlb edilməsi və qorunması, sərbəst sahibkarlığa şəraitin yaradılması, sənaye, kənd təsərrüfatı, turizm və iqtisadiyyatın bütün sahələrinin gücləndirilməsi Güney Azərbaycan dövlətinin diqqət mərkəzində olacaq.

  1. Terrorizm və zorakılıqla mübarizə:

GADTB dünya səviyyəsində hər növ terror əməlini pisləyir və terrorçuluqla mübarizədə dünyanın sivil qurumları ilə əməkdaşlıq etməyə hər zaman hazırdır. GADTB irqçi və terror tərəfdarı fars hakimiyyəti ilə mübarizədə də hər nov terror əməlini rədd edib, tam sivil mübarizə üsuluna üstünlük verməkdədir.