Bazar ertəsi , İyul 26 2021
azfa

GADTB-nin Güney Azərbaycanın siyasi məhbuslarının aclıq aksiyasi qələbəsi və İranın seçki oyunu barədə bildirişi

GADTB: Güney Azərbaycanın siyasi məhbuslarının birlik nümayiş etdirib, haqlı tələbləri ilə işğalçı, irqçi və irticaçı İran rejiminə qalib gəlmələri prosesində Azərbaycan Türk Millətinin müstəqillik uğrunda mübarizəsi üçün çox mühüm məqamlarla yadda qaldı. Həm  Güney Azərbaycanın siyasi məhbuslarının işğalçı rejimin Ərdəbil və Tehran zindanındakı siyasi məhbusları Abbas Lisani, Siyamək Mirzai və başqa siyasi məhbuslarımızın birlik nümayiş etidrməsi, zindandan xaric Ərdəbil, Təbriz, Xiyav və başqa şəhərlərdə azərbaycanlı türk fəalların xüsusi aktivliyi, etiraz şüarları, posterləri və s. etiraz nümayişləri, eləcə də GADTB-də daxil olmaqla Güney Azərbaycan təşkilatlarının həmin birlik və etiraz nümayişini yayıb, dəstəkləməsi, qısa zamanda işğalçı molla rejiminin məmurlarını geri çəkilib siyasi məhbuslarımızın tələblərini qəbul etməsinə yol açdı. Bu kiçik qələbə sözsüz ki, daha böyük qələbələrimiz üçün zəmin olacaq.

Etiraz prosesində gözə çarpan daha mühüm məqamlardan biri də Ərdəbil, Təbriz, Xiyav və s. şəhərlərimizdə fəallarımızın işğalçı və irticaçı molla rejiminin süzgəcdən keçirib xalqa aday adı ilə sırıdığı kimsələrə səs verməyəcəyi və rejimin seçki oyununda iştirak etməyəcəklərinə işarə idi. Azərbaycan Milli Hərəkatının içəridəki fəalları açıq şəkildə onların səs verəcəyi şəxslərin zindanlarda olan Azərbaycan siyasi məhbusları olduğunun aydın şəkildə əks etdirmələri idi. Bu məsələlər bir daha Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) işğalçı və irticaçı İran rejiminin seçki oyununa getməmək barədə mövqeyinin Güney Azərbaycanda milli fəallar tərəfindən də dəstəkləndiyini göstərir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan türk millətini bütün ümummilli məsələlərdə birliyə çağırmaqla bir daha işğalçı İran rejiminin seçki oyununa yox deyir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

İran rejimi Ərdəbildə Pərviz Siyabini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycan şəhərlərində azərbaycanlı milli …

Güney Azərbaycanın siyasi təşkilatlarının 24 iyul etirazları ilə bağlı bəyanatı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın siyasi təşkilatları və qurumları iyulun 24-də …