Cümə axşamı , Yanvar 9 2025
azfa

GADTB-nin Həmas terrorçularının İranın dəstəyi ilə İsraildə uşaq və qadınları qətliam etməsi barədə bildirişi

GADTB: İrqçi fars-molla rejimin birbaşa maliyyə və hərbi dəstəyi ilə Həmas terror qruplaşması İŞİD vəhşiliyi ilə İsrail şəhərlərinə hücum edib və dinc əhalinin evlərinə girərək, uşaqlara və qadınlara təcavüz edərək, onları qətliam edib, çox sayda dinc sakinləri isə əsir almışdır. Sözsüz ki, XXI əsrdə görünməmiş bu terror, vəhşilik və cinayətlər sırf Əli Xameneinin göstərişi ilə törədilib. Təsadüfi deyildir ki, bəşəriyyətə qarşı bu cinayətləri Xamenei açıq şəkildə dəstəkləyir.

Baydenin İranla razılaşıb 7 milyard dollar bloklanmış pulu İrana qaytarmaqla regionda belə faciələrin baş verməsi gözlənilən idi. Kimsəyə sirr deyil ki, irqçi fars-molla rejimi yaşadıqca və istənilən vaxt maliyyə imkanlarına əli çatdıqca bəşəriyyət daha dəhşətli cinayətlər və faciələrin şahidi olacaq.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Həmas terrorçularının İsraildə dinc insanlara qarşı terror və cinayətlərini pisləməklə, bütün dünya ölkələrinə səslənərək, onlardan istəyir ki, irqçi fars-molla rejimi və onun cinayətkar lideri Əli Xameneinin bəşəriyyət düşməni olmasına qafil olmayıb və bu rejimə aldanıb hər hansı maliyyə mənbəyinin bu cinayətkar rejimin əlinə keçməsinə mane olmasınlar.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Abdülkadir Uraloğlu Türkiyənin ilk 5-ci nəsil peykinin fəaliyyətinə dair dəyərləndirmələr aparıb

GADTB: Nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Türkiyənin 2021-ci ildə “Türksat 5A” peyki ilə ku …

Təbrizdə İlham Əliyev və Rəcəb Təyyib Ərdoğanın posterləri paylanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda bir qrup azərbaycanlı milli fəal Azərbaycan …