Bazar , Sentyabr 20 2026
azfa

İsrail “Dəmir Qılınclar” əməliyyatı ilə terrorçulardan çoxunu məhv edərək girovları azad etdi

GADTB: İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından hücuma cavab olaraq “Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsinin başa çatdığını və terrorçuların əksəriyyətinin məhv edildiyini açıqlayıb. Bu barədə İsrailin Baş naziri “X” hesabında bildirib.

“Birinci mərhələ bu saatlarda ərazimizə daxil olmuş düşmən qüvvələrinin böyük əksəriyyətinin məhv edilməsi ilə başa çatıb”, – deyə Benyamin Netanyahu vurğulayıb.

O, həmçinin qarşıya qoyulan məqsədlərə çatana qədər hücumların davam edəcəyini bəyan edib.

Həmçinin İsrail təhlükəsizlik qüvvələri ölkənin cənubunda bəzi girovları azad edə bilib.

“Haaretz” qəzeti yazıb ki, Beeri və İsrailin cənubundakı Ofakim şəhərində girovlar azad olunub .

Media daha əvvəl Beeridə HƏMAS hərəkatının 50-yə yaxın israillini yeməkxanada saxladığını bildirib. Həm Beeridə, həm də Ofakimdə girovlar da öz evlərində saxlanılırdı.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …