Cümə axşamı , Aprel 18 2024
azfa

GADTB-nin Urmu şəhər mərkəzinin PKK yanlısı İraq kürdünə satılması ilə bağlı bildirişi

GADTB: Müasir dövrdə Azərbaycan ərazilərinin kürdləşdirilməsi və hissə-hissə Azərbaycandan qoparılması prosesi pəhləvi rejimi dövründən başlamışdır. Bunun nəticəsində daha öncəki onilliklərdə qismən kürdləşdirilən Azərbaycan əraziləri hesabına Kürdüstan vilayəti yaradıldı. Üstəlik Bicar və Qürva kimi kürdləşməmiş bölgələrin də sonrakı onilliklərdə kürdləşdirilməsi məqsədilə Azərbaycan ərazisində yaradılan yeni Kürdüstan vilayətinə ilhaq edildi. Beləliklə Azərbaycanın böyük bir hissəsi faktiki olaraq Azərbaycandan qopardıldı.

İkinci mərhələdə isə Batı Azərbaycan vilayətinin min bir oyunla məqsədli şəkildə kürdləşdirilməsi prosesi gözümüzün qarşısında vəhşicəsinə icra edilməkdədir. İrqçi fars-molla rejiminin xəstəxana və s. belə mərkəzləri qəsdən Azərbaycan ərazisində tikib kürdlərin Azərbaycan ərazisinə axınına şərait yaratmasından əlavə, fars rejimin strategiyası üzündən İraqdan dəfələrlə kütləvi şəkildə vətənimizə gəlmiş kürd kütlələrini həm pəhləvi rejimi, həm də irqçi fars-molla rejimi sırf Azərbaycan türklərinin yaşadığı bölgələrdə yerləşdirmişdir. Bununla yanaşı rejim kürdlərin süni şəkildə Azərbaycana köçürülməsi nəticəsində müəyyən dərəcədə kürdləşdirilmiş bölgələrdə yüzlərlə Azərbaycan şəhəri, qəsəbəsi, kəndi və ərazisinin adını da dəyişdirərək Türk kimliyindən arındırmağa çalışmışdır.

Bu gün isə irqçi fars rejimi Batı Azərbaycan vilayətinə Kürd vali təyin etmək və əsas stratrji postlara kürdləri gətirməklə Azərbaycanın böyük bir bölümünün idarəsi artıq kürdlərə verilib. Bu isə Azərbaycanın böyük bir hissəsini kürdləşdirmə və Azərbaycandan qoparma prosesinin qat-qat sürətlənməsi və asanlaşması deməkdir. Artıq Kürd vali Yəhud üsulu ilə Azərbaycan torpaqlarının türklərdən hətta zorla alınması və Azərbaycanda II Kürdüstan vilayətinin yaradılmasına start verib. Urmunun tarixi torpaqlarında türklərdən  evlərini zorla satdırmaq və həmin ərazinin PKK və Barzanilərin yaxını olan İraq kürdünə satılması Azərbaycan Türk Milləti üçün planlaşdırılmış dəhşətli fəlakətin başlanğıcıdır. Bu Türk və şiə-islam aləminin qəlbində II İsrailin yaradılmasının bünövrələridir. Bu prosesin davamında Azərbaycan türkünün qətliam və soyqırım edilməsi, onun yurd-yuvasının talanıb, özünün var-yoxdan çıxıb, didərgin salınması, eləcə də əzizlərini və vətənini itirməsi qaçılmazdır.

Burada millətimizə üz tutaraq soruşmaq yersiz olmaz ki:

  • Hansı Azərbaycan türkü vətəninin və varlığının əriyib assimilə olmasına, soydaşları və doğmalarının soyqırım və yurd-yuvasından didərgin salınmasına susaqun və etirazsız qala bilər?
  • Hansı Azərbaycan türkü özünün milli kimliyinə və torpaqlarına göz dikənlərə biganə qala bilər?
  • Hansı Azərbaycan türkü üzərində oynanan belə düşməncə planlara susaraq kar-lal qqala bilər?

Biz əminik ki, bütün basqılara və milli işğala qarşın 2006 may/1385 xordad/ ayaqlanmasını gərçəkləşdirən milyonlarca türkcü vətənsevər gəncliyimizin daha böyük qurtuluşçu əzmi, gücü və iradəsi vardır.

Biz əmink ki, harda yaşamasından asılı olmayaraq damarında əsil Türk qanı axan soydaş Urmu beşiyinin qorunması üçün məşru müdafiyə haqqını qullanacaqdır.

Urmunun bir qarış torpağı uğruna canından keçən hər kəs bir milli-qurtuluş fədaisidir. Artıq hər bir Azərbaycan türkü yumruq kimi birləşib Azərbaycan Türk Millətinin və Vətəninin  məhvinə hesablanmış faşist oyunları öz ayaqlanmasıyla pozmalıdır. Urmunu PKK və Barzani yanlısına satqınların acı sonu indidən bəlli olmalıdır. Azərbaycan Milli Hərəkatının qurtuluş mücadiləsində milli xainlərin cəzalanması istiqlaldan sonraya buraxılmamalıdır. Antitürk farsçı rejimin buyuruğuyla terrorist süfrəsində oturan manqort xainlərin göz yaşına baxmamaq gərəkir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Türk Millətini, özəlliklə Azərbaycanın Batı bölgəsini kütləvi etirazlara səsləyir və inanır ki, yalnız milli ayaqlanmalarla yurdumuz və millətimizin varlığı düşmən oyunlarının qarşısında zəfər qazanaraq milli istiqlala doğru yürüyəcəkdir.

Əjdər Təqizadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

2019-09-11

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın