Çərşənbə , Yanvar 15 2025
azfa

GADTB rəsmisi və Avstraliya Azərbaycanlıları Assosasiyası Prezidenti Mikayıl Oytanın ermənipərəst millət vəkillərinə cavabı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri və Avstraliyada Azərbayacanlıları Assosasiyası Prezidenti sayın Mikayıl Oyta Avstraliyanın Yeni Şimali Velz əyalətindən olan erməni lobbisinin təsiri altına düşmüş ermənipərəst millət vəkilləri Dr.Hugh Mc Dermott və John Alexanderə sərt cavab verərək, bildirib ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarının 20 faizi və o cümlədən Dağlıq Qarabağ ərazisini işğal edib və azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmişdir.

Sayın Mikayıl Oyta erməni lobbisinin təsiri altına düşən həmin ermənipərəst millət vəkillərini ən azından Avstraliyada yaşayan azərbaycanlılarla görüşüb və Azərbaycan, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı həqiqətləri dinləməyə çağırıb.

 Sayın Mikayıl Oyta həmçinin ermənilərin keçən əsrin əvvəllərindən Azərbaycan və Türkiyə ərazilərində türklərə qarşı soyqırımlar törətdiyini söyləmişdir.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan valisi Rza Rəhmanidən mühacir kürd Qəsim Osmaniyə kəskin cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan valisi Rza Rəhmani mühacir kürd Qəsim …

Molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB: İrqçi fars-molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alim Əhmədrza Calalinin həyatı təhlükədədir. Tehranın Evin …

Bir cavab yazın