GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə səfərdə olan Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) rəhbərlik heyəti səfərin davamında çox mühüm görüşlər keçirmişlər.
GADTB rəhbərlik heyəti görüşlərin davamında Türkiyə Müdafiə Nazirliyi və Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşüblər. Görüşlərdə Güney Azərbaycan məsələsi ətraflı müzakirə edilib.
Görüşlərdə GADTB başqanının birinci müavini sayın Eldar Qaradağlı, GADTB Beynəlxalq Departamentinin sədri sayın Mikayıl Oyta, GADTB Maliyyə, eləcə də Qadın məsələləri Departamentinin sədri sayın Sima xanım və GADTB Türk Dünyası Departamentinin sədri sayın Atilla Bozqurd iştirak edirlər.