Cümə axşamı , May 22 2025
azfa

GADTB və Avstraliya-Azərbaycan Assosasiyası rəsmiləri şəhid türk konsulun anım mərasimində-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, bu gün 2020-ci il dekabrın 17-i Avstraliyanın Sidney şəhərində erməni terrorçularının 1980-cı ildə 40 il öncə terror etdiyi Türkiyə Baş konsulu Şarık Ariyak və mühafizəçisi ataşe Engin Severin şərəfinə anım mərasimi keçirilib.

Anım mərasiminə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta və GADTB İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun, eləcə də Avstraliya-Azərbaycan Assosasiyası tərəfindən sayın Cesika Oyta qatılıblar. GADTB və Avstraliya-Azərbaycan Assosasiyası tərəfindən türk şəhidlərinin şərəfinə, onların abidəsinə gül çələngləri qoyulub.

Sidneydə şəhid səfirin abidəsi önündə keçirilən möhtəşəm tədbirə Türkiyə təmsilçiliyi,  Türk təşkilatları təmsilçiləri, Avstraliya Yeni Cənubi Uels (NSW) Əyalət Parlamentin millət vəkilləri, Azərbaycan Böyük elçiliyi tərəfindən sayın Ramil Qurbanov, Amerika, Pakistan və Şrilankanın Sidneydəki baş konsulu, eləcə də digər rəsmilər və polislərlə təhlükəsizlik rəsmiləri qatılıblar.

Qeyd edək ki, 40 il öncə 17 dekabr 1980-cı il tarixində erməni terroristləri tərəfindən Avstraliyanın Sidney şəhərində Türkiyənin baş konsulu Şarık Ariyak və və mühafizəçisi ataşe Engin Sever vəzifə başında şəhid edilmişlər. Bu gün Sidneydə sayın Mikayıl bəy Oyta, sayın Sara xanım Azərsun və sayın Cesika xanım Oytanın iştirakı ilə həmin türk şəhidlərin xatirəsi anılıb.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı körpəni doğum şəhadətnaməsindən məhrum edib

GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi təbrizli körpəyə valideynləri Əlihan adı seçdiklərinə …

Molla rejimi azərbaycanlı fəal Oxtay Zöhrabini ETTELAAT-a çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini (Oxtay …

Bir cavab yazın