Çərşənbə axşamı , Avqust 18 2026
azfa

GADTB və GAİB başqanı sayın Əjdər Tağızadənin GADP sözçüsü sayın Mahmud Bilginə təbrik mesajı

GADTB: Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü sayın Mahmud bəy Bilgin!

Sizi və ailənizi qızlarınız Aylin xanım Fazilianının Sosial-Demokrat Partiyasından İsveç parlamentinə və Ayda xanım Kərimlinin isə Mərkəz Partiyasından əyalət millət vəkili seçilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanımızın xanımlarının belə böyük və qürurverici uğurları bir Azərbaycan türkü kimi məni də ürəkdən sevindirdi. Sözsüz ki, belə uğurlar Güney Azərbaycan uğrunda apardığımız mübarizəyə də öz müsbət təsirini göstərəcək. Belə möhtəşəm uğurları bütün Azərbaycan qızları üçün arzulayıram və Sizə də bu uğur münasibətilə gözaydınlığı verirəm.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) başqanı

Həmçinin yoxlayın

Ayaz Seyfxahın həbsxanada eşitmə vəziyyəti ağırlaşıb, müalicə üçün xəstəxanaya göndərilmir

GADTB: Azərbaycan Milli Hərəkatının fəalı və siyasi məhbus, Evin həbsxanasında saxlanılan Ayaz Seyfxahın 12 günlük …

Molla rejimi ABŞ-ı dəniz blokadasını yarmaqla hədələyib

GADTB: İranın adı açıqlanmayan yüksək vəzifəli rəsmilərindən biri ABŞ ilə diplomatik danışıqların nəticəsiz qalacağı təqdirdə …

Bir cavab yazın