Çərşənbə axşamı , Dekabr 16 2025
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər Tağızadənin 8 martla bağlı təbrik mesajı

Güney Azərbaycan və Türk Dünyasının hörmətli xanımları!

Sizi 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram.

Güney Azərbaycan da daxil olmaqla Bütöv Azərbaycan və Türk Dünyasında qadının çox özəl yeri vardır. Türk cəmiyyətində qadın hər zaman bərabərhüquqlu şəxsiyyət kimi qəbul edilib, bunun əksi heç vaxt düşünülməyib və əməldə də qadına həmişə yüksək dəyər verilib. Qədim türk ellərində yurda daxil olan övladalar öncə anaya baş endirər, sonra atanı salamlayardılar. Türk xaqanları qadınlarını “O da mənim xanım” deyə tanıdardılar. Bu gün də türk cəmiyyətlərində xanımlar bütün növ ayrı-seçkilikdən qalib çıxaraq yaşayırlar. İran adlanan dövlət ən adi hüquqları belə məhdudlaşdırılmış türk qadını üçün əsl zindan rolunu oynayır. Güney Azərbaycanın istiqlal mübarizəsində yer alan bütün xanımların və dünyadakı hər növ haqsızlığa qarşı mücadilə yollarında şərəflə addımlayan bütün xanımların Beynəlxalq Qadınlar Günü mübarək olsun.

 

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi başqanı

 

Həmçinin yoxlayın

İranda məhbuslar edama qarşı aclıq aksiyasına başladılar

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …

Urmiya Universitetində “Azərbaycan” sədası göylərə yüksəldi

GADTB: Urmiya Universitetində keçirilən “Çillə gecəsi” adlı xüsusi proqram zamanı mindən artıq tələbə “Azərbaycan” adını …

Bir cavab yazın