Çərşənbə , İyun 10 2026
azfa

Ermənistanın yenə Cənubi Azərbaycana qarşı ərazi iddiaları məlum olub

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürməsi artıq əndazəsini aşıb.

Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan Azərbaycan Respublikası ilə yanaşı, Türkiyə, Gürcüstan və Cənubi Azərbaycana qarşı da ərazi iddiaları irəli sürmüşdü. Dünyada siyasi mənzərə dəyişdikcə Ermənistan da öz məkrli siyasətində dəyişiklik edir. Qonşularına qarşı irəli sürülən ərazi iddiaları bəzən qabardılır, bəzən isə arxa plana keçirilir.

Martın əvvəllərində İran adlanan ölkənin Neft Nazirliyi ilə Ermənistanın Energetika Nazirliyi arasında sənəd imzalandı. Sənədə əsasən İran Gürcüstana satacağı qazı Ermənistan üzərindən nəql etməlidir. Sənədin imzalanmasından bir az vaxt keçən kimi Ermənistan mətbuatı Urmiya gölünün qurumasının guya “qayğısına” qalaraq yazdı ki, bu göl Yaxın və Orta Şərqin duzlu suya malik olan ən böyük gölüdür. Sonra qeyd edildi ki, “Urmiya gölü Ermənistanın İran əyalətində yerləşir”.

Erməni mətbuatı yazır ki, qədim zamanlarda Cənubi Azərbaycanın bu əraziləri guya “böyük Ermənistana” məxsus idi. Ermənilərin hazırladıqları qondarma xəritədən də görünür ki, digər qonşu dövlətlər ilə yanaşı, Cənubi ərazisinin yarıdan çoxu, Urmiya gölü və ətraf ərazilər də daxil olmaqla Ermənistana aid edilir.

Qədim tarixdə Azərbaycanın böyük ərazilərdə imperiya qurması məlumdur. Lakin “böyük Ermənistan”ın mövcudluğu tarixçilərə məlum deyil. Erməni mətbuatı açıq şəkildə rəsmi Yerevanın Cənubi Azərbaycana qarşı ərazi iddiası olması faktını ortaya qoyur. Lakin Ermənistan bu iddianı özbaşına irəli sürmür. Regionda böyük qüvvələrin sifarişini yerinə yetirərək müstəqil xarici siyasət apara bilməyən Ermənistan bilir ki, İran adlanan ölkə sərhədləri tam bağlasa ölkədə aclıq başlayacaq.

Həmçinin yoxlayın

Vaşinqton İrana qarşı dəniz mühasirəsini gücləndirir

GADTB: Fox News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini davam …

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …

Bir cavab yazın