Şənbə , Fevral 27 2021
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 20 Yanvarın ildönümü ilə bağlı bilirişi

GADTB: 20 Yanvar Azərbaycan Türk Millətinin içğalçı rus ordusuna qarşı qəhrəmanlıq və dirəniş simvoluna çevrilmiş tariximizin fəxr edilməli səhifələrindən biridir. 20 Yanvarda Azərbaycanımızın quzeyində müstəqilliyə can atan Azərbaycan Türk Milləti bir daha rusun vəhşiliyi və Azərbaycana fəlakət gətirdiyini müşahidə etdi. 20 Yanvar faciəsi Azərbaycan Türk Millətinin tarixi yaddaşını bir daha təzələdi və Azərbaycan türkü 20 yanvarda olduğu kimi son iki yüz ilə yaxın bir dövrüdə Azərbaycanın hər yerində rusun ancaq fəlakət, soyqırım, parçalanma gətirdiyi və Azərbaycan ərazilərinin ermənilər və Rusiyaya paylanmasına səbəb olduğunu gözdən keçirdi. Bu gün də Azərbaycan Orusunun işğal edilmiş Azərbaycan ərazilərini işğaldan azad edərkən rusun bu müqəddəs vəzifəyə mane olduğu və bir daha sülhməramlı adı ilə yenidən Azərbaycana qarşı işğal siyasətini davam etdirdiyi göz önündədir.

Ruslar təkcə Azərbaycanın quzeyində deyil, Azərbaycanın güneyində də böyük fəlakətlərə səbəb olublar. Təkcə Urmiya, Salmas və Xoy bölgələrində 200 min Azərbaycan türkü rusların bir başa təşkilatlandırıb silahlandırdığı erməni-aysorların əlilə 1918-ci ildə soyqırımın qurbanı oldular. Təbriz və Azərbaycanın başqa bölgələrində də yüzlərlə Azərbaycan oğlu öldürülüb, Azərbaycanın sərvətləri talanmışdır. Heç bir dövrdə rus Azərbaycan türkünə fəlakət və bədbəxçilikdən başqa heç nə verməmişdir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə də Sovet-rus ordusu və tankları azadlığı üçün ayağa qalxmış əliyalın Azərbaycan Türk Millətinin üzərinə hücuma keçmişdir. Faciə zamanı Bakıda və Quzey Azərbaycanın digər bölgələrində 146 şəxs öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Lakin Azərbaycan milləti Sovet-rus ordusuna qalib gəldi.

20 yanvarda Quzey Azərbaycanda Azərbaycan Türk Milləti sübut etdi ki, əliyalın bir millət dünyanı qorxuya salan Sovet-rus imperiyası və rus qoşununa sinə gərib, qalib gələ və müstəqilliyini bərpa edə bilər. Fars imperiyasından qat-qat güclü olan rus imperiyasının tanklarının qarşısına çıxan əliyalın millətimiz göstərdi ki, demokratik yolla da işğalçıları yerində oturtmaq olar.

Millətimizin Quzey Azərbaycanda dünyanın iki böyük gücündən birinin tankları qarşısında dayanıb misilsiz qəhrəmanlıq göstərməsi, təkcə Quzey Azərbaycanın müstəqillik tarixində qəhrəmanlıq səhifəsi kimi tarixə düşməmiş, həm də müstəqilliyi uğrunda mübarizə aparan Güney Azərbaycana və ümumiyyətlə türk dünyasına böyük dərs olmuşdur.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 20 Yanvarı Azərbaycan Türk Millətinin rus işğalçılarına qarşı müqavimət günü kimi dəyərlənirib və bu gün də Azərbaycanın quzeyində sülhməramlı adı ilə gəlmiş rus qoşununa eyni mövqenin sərgilənməsini düzgün hesab edir. Azərbaycanın güneyində isə bu gün Azərbaycan Türk Milləti öz müstəqilliyi və azadlığı uğrunda 20 yanvar şəhidlərindən ilham alaraq mübarizəsinə davam etdir və inanırıq ki, heç bir qüvvə millətimizin iradəsi qarşısında davam gətirə bilməyəcək.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Tarix səhnəsində yoxa çıxan xalq – Qıpçaqlar

GADTB: “Kuman”, ruslar “Polovtsi”, almanlar və digər avropalı xalqlar “Falben”, “Valani”, “Pallidi” adlandırmışdılar. Bu adların …

Hollandiya parlamenti Çinin uyğur türklərinə qarşı soyqırımını tanıdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Hollandiyanın Nümayəndələr Palatasının əksəriyyəti Çində uyğur türklərinə qarşı …