Şənbə , Oktyabr 1 2022
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) İranın işğalçı fars rejiminin fitnəkarlıqlarını qınayır

GADTB: Azərbaycanın müzəffər Ordusunun Qarabağ fəthi sonu Qafqazda qalib güc kimi kontrola malik olan Azərbaycan, İranın əlini Qafqazlatdan kəsərək İranın işğalçı fars rejiminin qaçaq yolarını bağlayıb və İranın işğalçı fars rejiminə ağır zərbə vurmuşdur.

İran adlanan ölkə bu yenilgini həzm edəməyib hər fürsətdə Azərbaycanın əleyhinə kirli fitnəkarlıqlar törədib və törətməkdədir.

İran, Rusiya ve Avropa ölkələrinin Ermənistanı şərtsiz himayələrinə rəğmən Azərbaycanın kəskin qələbəsi bölgədə böyük dəyişmələrin siqnalını verməkdədir.

Bütün analizlərə görə bu dəyişimlər qaçınılmazdır və bu dövrdə Azərbaycanın daha da güclənməsini və bölgədə  hegemon dövlətə çeviriləcəyini göstərməkdədir.

İran adlanan yerin strategistləri bu prosesin durdurlmasının mümkün olmadığı qənaətində və İran işğalçı fars rejiminə bu dəyişimin Güney Azərbaycandan başlayacağını dönə-dönə xəbərdarlıq edərkən  İranın işğalçı fars rejiminə bu prosesi yavaşıdıb və gecikdirməsi üçün şiə faktorunun əhəmmiyyətini ciddi  formada vurğulayıb və  son silah kimi kulanmaqdadır.

Bu səbəbdən Azərbaycanda  Hüseyinçı, Mehdiçı şiə örtüyü altında İrana xidmət edən terror qruplarını aktivləşdirərək Azərbaycan dövletinə maneələr yartmaqla yanaşı Anti-Turkiye zehniyyəti yaymağa qalxışıb və hətta İrana bağlı terror qruplarının böyük Biritaniyanın başkəndi Londrada Azərbaycan elçılıyinə saldırması və bayrağımıza təhqirdə birbaşa İranın işğalçı fars rejiminin şiə kullanımıdır.

Eyni zamanda İranın işğalçı fars rejimin ən çox qorxduğu və kabusu olan Güney Azərbaycan Milli Hərəkatını kontrola almaq üçün pasdar ve bəsiclərini məscidlərə doldurub şieyi Azerbycan adı altında şuarlar səsləndirərək bezi sadəlövh azərbayclıları aldadıb və  Şieyi Azərbaycan şüarını Azərbaycan Türkünün yerinə orturtmağa çalışır ki, hərəkətin rəhbərliyini istiqlalçılardan alıb öz yandaşları anti-Türk qövələri gücləndirib hərəkəti ələ keçirməyə çaslışır və əlbəttə ki, bu istiqamətdə  daha əvvəllərdən hərəkətə yerləşdirdiyi pasdarlardan da istifadə edərək ləşkəri aşuraya  sempatiya yaratmağa çalışmaqdadır. Həmin ləşkəri Aşura ki, 30 il Azərbaycanın şiə müsəlmanlarına divan tutan ermənilərlə çiyin-çiyinə Azərbaycan cümhuriyyəti dövlətinə amansızcasına saldırıb devirməyə çalışdı. İndi birdən Azərbaycan şiəsi olub azərbaycanlıları aldatmağa çalışmaqdadırlar.

Əlbəttə böyük zəkaya sahib olan Azərbaycan Türkü bu fitnəkarlığı sezib və o üzdən də İranın işğalçı fars rejiminin oyunlarını puça çıxarıb və din-məzhəb ayrımı yapmadan İranın işğalçı fars rejiminə qarşı istiqlal mücadiləsini daha da güclü sürdürərək bütöv Azərbaycan ve Türk birliyinə doğru qərarlı addımlamaqdadır.

Güney Azərbaycan İstiqlalçılar Birliyi İranın işğalçı fars rejiminin anti-Türk, anti-Azərbaycan siyasətini mehkum edib, Azerbaycan millətini birlik və bərabərliyə çağırıb, millətinizin dini dəyərlərinden İranın işğalçı fars rejiminin  siyasi istifadesinə müsaidə etməyib və  İmam Huseyn köynəyi altında gizlənən fars faşizminin hiylələrinə aldanmayıb daha sürətlə istiqlaliyyət mücadiləsinə ilərləməyə çağırır.

 Yaşasin müstəqil Güney Azərbaycan

Rədd olsun işğalçi İran Fars rejimi

Güney Azərbaycan istiqlalçılar Birliyi (GAİB)

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta dövlət rəsmilərilə birgə Avstraliya İslam Birliyi Federasiyasının tədbirinə qatıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk …

Təbriz etirazçılar milli şüarlar səsləndirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər tezdən Güney Azərbaycanın Təbriz, Zəncan, …