Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Ukrayna Krımda ruslara daha bir böyük zərbə vurdu- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 174-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 43 900 hərbçi, 1 880 ədəd tank, 4152 ədəd zirehli döyüş maşını, 989 ədəd artilleriya sistemi, 263 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 136 hava hücumundan müdafiə sistemi, 233 ədəd hərbi təyyarə, 196 ədəd helikopter, 3049 ədəd avtomobil texnikası, 790 ədəd PUA, 190 qanadlı raket, 15 gəmi/qayıq, 92 xüsusi avadanlıq itirib.

Həmçinin Krımın Cankoy rayonunun Qalay (Azov) kəndində Rusiyaya məxsus hərbi hissə Ukrayna tərəfindən vurulub. Bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat yayıb.

“Müvəqqəti olaraq işğal olunmuş Krımdan xəbər verirəm: Cankoy vilayətinin Qalay (indiki Azov) kəndində rusların hərbi hissəsinə uğurlu zərbə endirilib. Partlayış səsləri bir saat ərzində eşidilirdi”, – Çubarov bildirib.

O əlavə edib ki, zərbələr hərbi sursat anbarlarına dəyib.

Bundan başqa Mayskoe kəndindəki yarımstansiyada da yanğın baş verib.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …