Çərşənbə axşamı , Noyabr 11 2025
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) Güney Azərbaycan bazarı, əsnaf və tacirlərinə müraciəti

Qəhrman Güney Azrbaycan türk milləti!

Vətənsevər Azərbaycan əsnaf və tacirləri!

100 ilə yaxındır, pəhləvi və sözdə İslam Cümhüriyyəti bütün imkanlarını səfərbər edərək çalışmış, Azərbaycanı iqtisadi, siyasi və ictimai açıdan o qədər geri saxlasın ki, beyin, sərmayə və işçi qüvvəsi köçməyə məcbur qalsın.

Beləliklə, bir yandan millətimizin arasında aşağılıq kompleksi yaradaraq, fars üstünlüyünün qəbul edilməsini asanlaşdırsın və başqa yandan Azrəbaycanımızın geopolitik əhəmmiyyət və demoqrafisini dəyişərək son amaclarına yәni Azərbaycan və Azərbaycan türkünü yox etməyə çatsınlar.

Bu gün milyonlarca Azərbaycan türkünün İran adlanan ölkənin dörd guşəsində yaşamaları, tarixi nədənlərdən çox planlı şəkildə, məcburi köçlərə dayalıdır.

Alnı açıq Azərbaycan milləti!

Şərəfli! Yurdsevər iş adamları, xüsüsilə əsnaf və bazar tacirləri!

40 il insan haqları və beynəlxalq hüququ heçə sayan, terror dövlətinə dönüşən bir sistem hakimiyyətdədir.

Bu rejim irqçi düşüncə və yanlış politikaları sayəsində, özəlliklə iqtisadiyyatda özbaşınalıq və sömürücü məntiqi ilə millətlərin bütün yeraltı və yerüstü sərvətlərin talan edərək, ölkəni şəxsi malikanələri kimi idarə edirlər.

Bu gün beynəlxalq qüvvələrin ağır iqtisadi basqıları və rejimin yanlış siyasəti nəticəsində, ən çox zərər görənlərdən biri də heç şübhəsiz əsnaf və bazardır və təbii olaraq, bu məsələ onların etirazlarına səbəb olacaq.

Azərbaycanın mübarz tacirləri!

Siz tarix boyu hər zaman millətimizin zülm və istibdada qarşı durma və azadlıq istəyinə qatılıb və ön sıralarda savaşaraq, yurdumuzun azadlıq səngəri ünvanı almasında böyük əməkləriniz olmuşdur.

Bu gün tarix və millət sizdən müstəqil şüar və milli istəklər doğrultusunda sinfi mübarzə ilə milli mübarzəni birlikdə yürütmənizi istəyir.

Bu gün sizlərin tətil və etirazlarınız millətimiz və özəlliklə cavanlarımızı daha çox cəsartləndirəcək.

Rejim son nəfəslərin verməkdə, millət milli sərmayənin milli olmasını və millətinin yanında durmasını istəməkdədir.

Heç şübhəsiz tarixdə olduğu kimi yenə istibdad və ədalətsizliyə qarşı millətlə qol-qola olduğunuzu göstərəcəksiniz.

Yaşasın Azərbaycan

Qəhr olsun işğalçı rejimə

Həmçinin yoxlayın

Evin həbsxanası önündə aksiya – “Araz Aman”ın ailəsi də etirazçılara qoşuldu

GADTB: Artıq üçüncü gündür ki, Tahir Nəqəvi və Vədud Əsədinin ailə üzvləri və yaxınları, bu …

İki hindli “nüvə alimi” adı ilə İranı aldadıb milyonlar qazanıb

GADTB: İranda iki hindistanlı şəxs – Axtar Hüseyni Qutbuddin Əhməd və Adil Hussaini – özlərini …

Bir cavab yazın