Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İki türk ölkəsi latin əlifbasına keçməyə qərar verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkəsi Qazaxıstanla birlikdə Özbəkistan da latın əlifbasına keçməyə hazırlaşır.

Bu ölkə sonuncu dəfə 2005-ci ildə kiril əlifbasından imtina etməyə cəhd etsə də, bununla bağlı hazırlanmış proqram müzakirələrdən sonra ləğv edilmişdi. Artıq bununla bağlı yekun qərar qəbul edilib. Belə ki, hökumətə təqdim edilən yeni proqram təsdiqlənib.

Qərara əsasən, yeni əlifbaya keçid 2021-ci ilədək başa çatacaq.

Hökumətin bu qərara islahatçı Prezident Şavkat Mirziyayevin Qazaxıstan lideri Nursultan Nazarbayevlə aparıdığı danışıqlardan sonra gəldiyi bildirilir.

Qeyd edək ki, Özbəkistan latın əlifbasına keçəcəyi halda 2021-ci ildə Orta Asiyada kiril əlifbasından istifadə edəcək yeganə ölkə Qırğızıstan olacaq.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın