Çərşənbə , Aprel 22 2026
azfa

Güney Azərbaycan şəhərlərində müəllimlərin etiraz yenidən başlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan şəhərlərində müəllimlərin etiraz aksiyaları yenidən başlayıb.

İranda Təhsil İşçiləri Kordinasiya Şurasının çağırışı ilə əksər şəhərlərdə müəllimlər yenidən etirazlara başlayıblar.

Onlar yenidən rütbələndirmə qanununun icra olunmasını, əmək haqlarının artırılmasını və təqaüdlərin bərabərləşdirilməsini istəyiblər. 

Aksiyalarda həmçinin müəllimlər bundan öncəki etirazlarda tutulan müəllimlərin azad edilmələrini, öyrənci və şagirdlərin təhsillərini davam etdirmələrinə şərait yaradılmasını tələb ediblər.

Aksiyaların gün ərzində başqa şəhərlərdə də keçiriləcəyi, təhsil işçilərinin Təhsil İdarələri və valilik binaları qarşısına toplaşacaqları ilə bağlı sosial mediada bildirişlər yayılıb.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …