GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda minlər azərbaycanlının geniş imzatoplama kampaniyasından sonra azərbaycanlı siyasi məhbusların azadlıq tələbilə çoxsaylı posterlər hazırlanaraq geniş şəkildə paylanılıb.
Həbsdə olan azərbaycanlı siyasi məhbusların şəkillərinin də əks olunduğu posterlər əsasən Təbriz, Üskü, İlıxçı və Səhənd şəhərlərində divarlara yapışdıılıb.
Bununla da azərbaycanlı fəallar azərbaycanlı fəallara qarşı təzyiqlərin artması və onlara qarşı ədalətsiz məhkəmə hökmlərinin çıxarılmasına etiraz etirazlarını bildiriblər.