Bazar ertəsi , Yanvar 18 2021
azfa

Güney Azərbaycanda İrandan Ermənistana silah-sursatın daşınmasına etiraza çağırış: “Nurduz bağlanmalıdır”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrannın Nurduz Gömrük Məntəqəsindən işğalçı Ermənistana Azərbaycanın sivil əhalisini qətliam etmək məqsədilə silah-sursat daşınması Güney Azərbaycanda ciddi etirazla qarşılanıb.

Son dövrdə Qarabağda müharibənin getdiyi bir vaxtda Nurduzdan İran vasitəsilə Ermənistana silah0sursat daşıması halının artmasına etiraz olaraq, güney azərbaycanlı milli- mədəni fəallar Güney Azərbaycanda əhalini dinc aksiyalar keçirməyə çağırıb.

Bununla bağlı fəalların yaydığı çağırışda bildirilir ki, İran və Rusiya Ermənistanı silahlandırır. İran və Rusiyanın Nurduz sərhəd-buraxılış məntəqəsi vasitəsilə Ermənistana göndərdiyi silah-sursat Quzey Azərbaycanda əhalinin qətliam edilməsində və Ermənistanın işğalçılıq siyasətini davam etdirməsində istifadə olunur.

Ermənistan Nurduzdan daşınan silah-sursatlarla hər gün tarixi Gəncə şəhəri də daxil olmaqla, Quzey Azərbaycanın yaşayış məntəqələrini bombalayır.

Buna etiraz olaraq, Güney Azərbaycanda Azərbaycan türk milləti Quzey Azərbaycandakı qardaş və bacılarına dəstəyini nümayiş etdirmək üçün şənbə günü, mehr ayının 26-sı saat 17:00- da təyin edilmiş məkanlarda keçiriləcək sakit və dinc yürüşlərə dəvət edilir.

Dəstək yürüşlərinin zamanı şənbə günü, mehr ayının 26-sı Təbriz vaxtı ilə saat 17:00- dadır. Güney Azərbaycanın böyük şəhərləri və Tehranda aksiyaların keçirilmə yeri aşağıdakı kimidir:

1) Təbriz: Rasta Küçə

2) Urmu (Urmiya): Ətayi və İmam küçələrinin kəsişməsi (təqato)

3) Ərdəbil: Şəriəti dördyolu (çəharrah)

4) Zəncan (Zəngan): Səbze Meydanı

5) Tehran: İmam Hüseyn Meydanı

Güney Azərbaycanın digər şəhərlərində isə toplaşma yerləri şəhərlərin əsas meydanları və mərkəzləridir.

Koronavirusun kəskin yayılmasını nəzərə alaraq, aksiyalarda qatılacaq həmvətənlərdən maska taxmaları xahiş olunur.

Həmçinin yoxlayın

İran rejimi Qaradağda daha bir mədəni talamaqla Azərbaycanda ekoloji fəlaktə səbəb olur

GADTB-nin Mətbuat Mərkəzinin “aznews.tv”yə istinadən yaydığı məlumata görə, İran rejimi Qaradağda yerləşən Doştur Qızıl Mədəninitalamağa …

Türkiyə və Azərbaycan birgə hərbi təlimlərə başlayır – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Azərbaycanın …

Bir cavab yazın