Bazar ertəsi , Yanvar 24 2022
azfa

Güney Azərbaycanda mis mədəninin işçiləri yenidən etiraz aksiyasına başlayıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Süngün Mis Mədənində işləyən bir neçə şirkətin fəhlələri yenidən etiraz aksiyasına başlayıb.

Onlar fəhlələr tərəfindən bir müddət öncə qovulan müdirlərdən 4-nün yenidən öz iş yerlərinə qayıtmasına etiraz ediblər.

İşçilər  müdirlərin ötən ayın əmək haqlarını vermədikləri üçün Mədənə girişini qadağan ediblər.

Etirazçılar ötən həftə keçirdikləri 3 günlük etirazlar nəticəsində işdən çıxarılmış nümayəndələri və həmkarlarının yenidən işə bərpa olunmasına nail olmuşdular. Bundan başqa, məsul şəxslər sözügedən müdirlərin şirkətə buraxılmayacağı ilə bağlı təhdid ediblər.

Son etirazlardan sonra müdirlər çarəsiz qalıb, şirkəti tərk ediblər.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …