Çərşənbə , Oktyabr 21 2026
azfa

Azərbaycanlı işçi Babək Ağazadə zindanda aclıq aksiyasında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Məlikkəndi (Məlikan) şəhər sakini, süpürgəçi işləyən və hazırda Marağada rejimin zindanında həbsdə olan azərbaycanlı işçi Babək Ağazadə zindanda əlverişsiz şərait və tibbi xidmətlərin olmaması və … səbəblərdən noyabrın 20-dən başlayaraq aclıq aksiyasına başlayıb.

Azərbaycanlı işçi rejimin Marağadakı İnqilab Məhkəməsi tərəfindən “Sistem əleyhinə təbliğat” və “Sistemə müxalif qruplardan birinə üzvolma” iitihamları ilə 5 il həbs cəzasına məhkum edilib.

Daha sonra onun cinayət işinə Apellyasiya Məhkəməsində yenidən baxılıb və onun məhkumluq müddəti 29 ay 2 həftəyə qədər azaldılıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …