GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı milli-mədəni fəallar ermənilərin “Qarabağ Ermənistandır” banneri qaldırdıqları Tehranın Ararart İdman Kompleksinin divarına “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarı yazdılar.
İşğalçı fars rejimin ermənilərin Tehranda Ararart İdman Kompleksini mühafizə etməsinə baxmayaraq, azərbaycanlı fəallar kompleksin divarında “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarını yazmaqla həm işğalçı Ermənistan hakimiyyətinə, həm də irqçi fars rejiminə mühüm mesaj veriblər.
Güney Azərbaycanda azərbaycanlı milli-mədəni fəalların kəskin etirazından qorxuya düşən işğalçı fars rejimin Təbrizdəki imam cüməsi də cümə namazı qılınan mərkəzin qapısına üzərində “Qarabağ islam torpağıdır” şüarı yazılmış banner asmağa məcbur olub.