GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Horand bölgəsində eramızdan əvvələ aid petroqliflər baxımsızlıq üzündən məhv olmaq üzrədir.
Horand şəhərinin Liqlan kəndi ətrafında olan bu petroqliflər Qaradağ rayonunda yaşamış və uzun əsrlər boyu bu ərazidə günlərin necə keçdiyini seyr edən əcdadlarımız tərəfindən daşlar üzərində həkk olunub.
Bu petroqliflər turizmin mühüm potensiallarından biridir və ciddi şəkildə qorunmağa ehtiyacı var.