Cümə , Aprel 26 2024
azfa

Güney Azərbaycanın Urmiya şəhərinin zindanında üsyan baş verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərinin zindanında saxlanılan bir məhbus çərşənbə günü nəzarətçi zabitin otağı önündə özünə od vurub.

Səhər saatlarında özünü yandıran Hüccət Kazımnejad adlı məhbus zindanının klinikasına aparılıb. Ancaq ayaq üstü müalicədən sonra nəzarətçi zabitin otağına köçürülən məhbus yenə özünə od vurub. Bu dəfə məmurlar onu ağır şəkildə döyüblər.

Zindanın 1 və 2-ci bölmələrində saxlanılan digər məhbuslar isə məmurlara etiraz olaraq yorğan və paltarlarını oda verərək həbsxanada yanğın çıxarıblar. Sonra kamera tüstü ilə dolub, amma məmurlar qapıları bağlayıb məhbusların çıxmasına mane olublar. Boğulmaqdan qorxan məhbuslar yataqxananın şüşələrini qırıb.”

Üsyanın ardınca Urmiya zindanında telefonlar kəsilib və hərbi qüvvələr nəzarəti ələ almaq üçün salon və həbsxananın damında yerləşiblər.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın