GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycamda irqçi fars rejimin represiyaları və azərbaycanlı faəlların uzunmüddətli həbsinə etiraz olaraq mədəni etirazlar başlayıb.
İlk mərhələdə Güney Azərbaycanın müxtəlif şəhərlərində pulların üzərinə azərbaycanlı fəalların azadlıq tələbilə şüarların yazılması başlanandan sonra divarlara da şüarlar yazılıb və ya yapışdırılıb.
Qeyd edək ki, azərbaycanlı fəallar kütləvi etirazların başlanğıcı kimi şüar yazma prosesinə başladıqlarını bildirirlər.