Cümə , Sentyabr 25 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər Tağızadənin 8 martla bağlı təbrik mesajı

GADTB: Güney Azərbaycan və Türk Dünyasının hörmətli xanımları!

Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, ailə səadəti və uğurlar arzulayıram.

Güney Azərbaycan da daxil olmaqla Bütöv Azərbaycan və Türk Dünyasında qadının çox özəl yeri vardır. Türk cəmiyyətində qadın hər zaman bərabərhüquqlu şəxsiyyət kimi qəbul edilib, bunun əksi heç vaxt düşünülməyib və əməldə də qadına həmişə yüksək dəyər verilib. Qədim türk ellərində yurda daxil olan övladalar öncə anaya baş endirər, sonra atanı salamlayardı. Türk xaqanları qadınlarını “O da mənim xanım” deyə tanıdardılar. Bu gün də türk cəmiyyətlərində xanımlar bütün növ ayrı-seçkilikdən qalib çıxaraq yaşayırlar. İran adlanan dövlət ən adi hüquqları belə məhdudlaşdırılmış türk qadını üçün əsl zindan rolunu oynayır. Lakin türk qadını bu haqsızlığa qarşı da mübarizə aparmaqdadır.

Bütün türk qadınlarının, o cümlədən Azərbaycan xanımlarının və işğalçı İran əsarətinə qarşı vətənimizin müstəqilliyi uğrunda mübarizə aparan bütün xanımlarımızın Beynəlxalq Qadınlar Günü qutlu olsun.

 

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi başqanı

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Bir cavab yazın