İrqçi fars rejimin təhlükəsizlik məmurları Rəhim Qulaminin tədqiqat əsərini oğurladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejimin Ərdəbil şəhərindəki təhlükəsizlik qüvvələrinin məmurları Rəhim Qulaminin tədqiqat əsərini oğurladı.

Azərbaycanlı fəal saxlanılarkən rejimin təhlükəsizlik qüvvələri onun çap üçün hazırladığı türkcə lüğət kitabının fayllarını oğurlayıblar.

İşğalçı fars rejimin təhlükəsizlik qüvvələri əllərində hökmlə fəalın evinə müraciət edib, lüğətlə bağlı əlyazmalar və çapa hazırlanmış faylları özləri ilə götürüb.

Azərbaycanlı fəalın tədqiqat əsəri çapdan öncə bir çox araşdırmaçı alimə göstərilib, onun olduqca qiymətli əsər olduğu vurğulanır.

Həmçinin bir müddət öncə Ərdəbil imam cüməsi Həsən Amilinin nəzarəti altında oxşar fəaliyyətlə məşğul olan kollektiv tərəfindən Rəhim Qulamiyə birgə əməkdaşlıq etmək təklifi irəli sürülüb. Lakin o, təklifi rədd edərək, müstəqil araşdırma aparacağını qeyd edib.

Ədəbiyyatçı Həbib Nigəhban isə həmin tədqiqat əsəri ilə bağlı öz Facebook səhifəsində bir mətn paylaşıb: “Ustadın dəvəti ilə 3 il əvvəl bu dəyərli əsərin toplanması, kompüterdə yazılması və redaktə edilməsində iştirak etdim. Məndən əvvəl də dostlardan bir çoxu oxşar işlərdə müəllifə yardımçı olub, əsərin daha da mükəmməl olması üçün öz fikirlərini irəli sürüblər. Çapa hazırlanan kitab son mərhələsində idi və 4827 səifədən ibarətdir. Səhifələr iki hissəyə bölünüb, hər hissədə 22, səhifədə isə 44 söz yer alıb. Lüğətdə toplam olaraq təxminən 180 min kələmə dərc olunub”.

 

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın