Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Azərbaycan Milli Hökumətinin 72-ci il dönümü münasibətilə ilə bildirişi

Şübhəsiz 21 Azər adı ilə anılan Güney Azərbaycan Türklüyünün istiqlaliyyətə yönəlik 1945–ci il “Azərbaycan Milli Hökuməti” millət və vətənimizin şanlı, ibrətamiz və vaz keçirilməz dönəmlərindən biridir.

Ölməz C.Pişəvərinin başçılığı ilə Güney Azərbaycan Türklərinin özərklik uğrunda göstərdikləri milli qeyrət bu günədək dünya çapında görünən örnək milli-siyasi mübarizələrin sırasında yer almaqdadır. 1945/1324/-cü ilin həyəcanlı günlərində Azərbaycan Türk Millətinin inanılmaz milli dirənişi fars rasizminin sömürgəçi niyyətini darmadağın etmişdir. Lakin, bir yandan Azərbaycan Demokrat Firqəsinin milli idrakında dərin axsaqlıq, başqan yandan isə Rusiya, İngiltərə, Amerik kimi dost-düşmən görünən böyük dövlətlərin dəstəyi ilə Tehranın farsçı rejimi millətimizə qalib gəlmişdir.

Güney Azərbaycanın ən ağır günlərində, üzdə dost dövlət kimi görünən Rusiyanın geri çəkilməsilə yanaşı, milləti silahsızlaşdırması, bu dövlətin Türk millətlərinə qarşı dərin düşmənlçiliyini bir daha göstərmişdir. Bir yandan Azərbaycanın silahsızlaşdırılması, diyər yandan isə Batı himayədarlarının əlilə təpədən dırnağa qədər silahlanan farsçı rejiminin Azərbaycan türklüyünə qarşı ölçüyə gəlməz cinayətləri daha kəskin xarakter almışdır.

Vətənimiz Azərbaycanın bir ildə əldə etdiyi bütün maddı-mənəvi qazancları fars faşizminə qurban getmişdir. Az bir zaman içində 30-40 min əliyalın-sivil Türk öldürülmüşdür. 1925-ci ildən bəri fars irqçilərinin işğalında olan Güney Azərbaycanın qara günləri başlamışdır. Dünyanın ən ilginc irqçi planları Azərbaycan türkləri üzərində uyqulanmışdır. SİA, KQB, M16 kimi casusluq qurumlarının birbaşa öndərliyi ilə İran adlanan yerdə yaşayan türklərin milli ərdilməsi (farslaşdırılması) Tehran farsçı rejiminin əsas strategiyasina çevrilmişdir. Qatil pəhləvilərin devrilməsi ilə milli dirçəlişə qarşı azacıq açılan üfüqləri Xomeyni fundamentalizmi və fars rasizmi bütünlüklə qapadaraq, fars sistemini öncəki rejimdən daha ağır uyqulamışdır.

1945-46-cı ilin bütün acı-şirin xatirələri günümüzdə baş qaldıran Azərbaycan Milli Hərəkatının türkçü, demokratik, çağdaş və laik ilkələrinin ən zəngin təcrübə qaynağına çevrilmişdir.

  • Artıq, bundan sonra milli dəyərlərimizin başqalarının oyununa çevrilməsinə imkan verilməyəcəkdir.
  • Türkçü hərəkatımızın ruhunu milli düşmənlərimizin pusqusuna düşürməyə yol verilməyəcəkdir.
  • İSTİQLAL, Güneyin son milli qurtuluşudur! Milli ülkülərimizin türkçü ruhunu diri saxlayan Güneyin İstiqlal məfkurəsidir. “21 Azər” dönəmində gündəmə gəlməsinə yol verilməyən milli şüarlar bu gün “Haray-haray mən türkəm” şəklində gənclik tərəfindən hər fürsətdə düşmənin gözünə dik baxmaqla, ortaya qoyulur. Gəncliyimizin gələcəyə olan umidinin irançı, yabançı, azeriçi çətələrin əli ilə yoxa çıxarılmasına imkan verilməyəcəkdir.
  • 21 Azər təcrübəsindən yola çıxaraq Güneyin İstiqlaliyyəti, Bütöv Azərbaycan Türk dövlətçiliyi hər bir Azərbaycan türkünün vaz keçirilməz düşüncəsi və amacı olmalıdır. Ancaq, milli idealarımızın qorunub saxlanması ilə millətimizin bir daha dünya güclərinin siyasi hədəfinə çevrilməsinə yol verilməyəcəkdir.
  • İstiqlal, Güneyin təkcə qurtuluş yolu olduğu üçün, istiqlalçı güclərin birləşməsi olduqca zəruridir! Əsarət altında inləyən millətimizin istiqlalçı güclərinin dağınıqlıq üzündən gücdən düşməsinə yol verilməyəcəkdir.

Yaşasın 21 Azər – dövlətçiliyimizin unudulmaz xatirəsi!

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

2017-12-06

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın