Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İraqla İran adlanan ölkə türk neftinə dair müqavilə imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi bildirib ki, İraq və İran adlanan ölkə türk məntəqəsi olan Kərkükün neftinin ixracı ilə bağlı müqavilə imzalanıb.

O deyib ki, neft ixracı yaxın vaxtlarda başlayacaq. Gündəlik 30-60 min barrel Kərkük neftinin İrana ixracı nəzərdə tutulur.

Müqavilə İraq Milli Neft Şirkəti (SOMO) və İran tərəfi arasında imzalanıb. SOMO-nun baş direktoru Ala Yasiri deyib: “Bu razılaşma İraqa Kərkük neftinin ixracına imkan verəcək və ixracat tezliklə başlayacaq”.

Qeyd edək ki, ötən günlərdə İran adlanan ölkənin neft naziri Bijən Namdar Zəngənə isə demişdi ki, İran Kərkük nefti üçün boru kəməri inşa edəcək. Kərkük-Qəsre Şirin neft boru kəməri çəkiləcək.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın