Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Azərbaycanda helikopter qəzası ilə bağlı başsağlığı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Azərbaycan Respublikasında hərbi helikopterin qəzaya uğraması və Azərbaycan Dövlət Sərhəd Xidməti zabitlərinin şəhid olması münasibətilə Azərbaycan Prezidenti, Azərbaycan dövləti, Azərbaycan Türk Milləti və şəhid olanların ailəsi və yaxınlarına başsağlığı mesajı ünvanlayıb.

Sayın Əjdər bəy Tağızadənin başsağlığı mesajının bir hissəsində deyilir: “Bu gün baş verən hərbi helikopter qəzasında şəhid olan Azərbaycan Dövlət Sərhəd Xidməti zabitlərinin şəhid olması bizi də üzdü. Qəzada şəhid olan hərbçilərimizə rəhmət diləyib,  Azərbaycan Prezidenti, Azərbaycan dövləti, Azərbaycan Türk Milləti və şəhid olanların ailəsi və yaxınlarına dərin hüzlə başsağlığı verirəm. Yaralananlara da acil şəfa diləyirəm.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı”

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …