Çərşənbə , Sentyabr 23 2026
azfa

Ərdəbildə Urmiya gölünün qurudulmasına qarşı aksiya keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 29-da Güney Azərbaycanın Ərdəbil şəhərində İran rejiminin Urmiya gölünü qəsdən qurutmasına etiraz aksiya keçirilib.

Bu məqsədlə azərbaycanlı fəallar Ərdəbil şəhərinin küçələrində divar yazıları ilə Urmiya gölünün qurudulmasına diqqət çəkməyə çalışıblar.

Qrafitilərdə “Urmu gölü ilə bağlı həştaq formasında yazılan yazıd: “Bəlkə də sabah bir damcı da qalmayacaq” şüarı əks etdirilmişdir.

Qeyd edək ki, son günlər Güney Azərbaycanın başda Təbriz olmaqla müxtəlif şəhərlərində Urmiya gölü ilə bağlı aksiyalar keçirilir.

Azərbaycanlı fəallar Təbrizdə bir neçə gün öncədən müxtəlif şuar və divar yazıları ilə Urmiya gölünün qurudulmasına etirazlarını bildiriblər.

Həmçinin yoxlayın

ABŞ İranın blokadanın ləğvi tələbini rədd edib

GADTB: “Əl-Ərəbiyyə” kanalı iki ölkənin nümayəndə heyətlərinin Nyu-Yorkda keçirilən görüşündə iştirak edən amerikalı mənbəyə istinadla …

SEPAH müşavirləri Qırmızı dəniz sahillərinin ələ keçirilməsi zamanı husilərin yanında olublar

GADTB: Associated Press çərşənbə günü, 1 Mehr 1405-ci ildə (23 sentyabr 2026) məlumatlı mənbələrə istinadən …