GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) sədri Əjdər Tağızadə Azərbaycan Yüksəliş Partiyasının qonağı olub. AY Partiya Başqanı Anar Əsədli ilə bir araya gələn Əjdər Tağızadə soydaşlarımızın martın 25-də Brüsseldə “Azadlıq”, “Ədalət”, “Milli hökumət” tələbı ilə keçirdiyi aksiyanın təfərrüatlarından danışıb. Aksiyada iştirak edən Əjdər Tağızadə ötən gün Bakıya qayıdıb. Anar Əsədli öz növbəsində Güneyin birləşməsi, Güney-Quzey məsələləri haqqında fikirlərini diqqətə çatdırıb.
AY Partiya Başqanının Türk Dünyası və ideologiya üzrə müavini Aynur Qəzənfərqızı, QHT ilə iş və insan hüquqları müavini Gülşən Hacıyeva, müşaviri Məsumə Şükürzadənin iştirakı ilə keçirilən görüşün sonunda Anar Əsədli müəllifi olduğu “Vicdanın labüd etdiyi savaş”, Məhsa Mehdilinin “44 günlük savaşda Güney Azərbaycan” kitablarını qonağa təqdim edib, Əjdər Tağızadə gənclərin “Başla” otağı ilə tanış olub.