Azərbaycan ərazisində alpout yaşayış məskənləri

GADTB: Alpout oykonimi qədim türk mənbələrində VIII əsrdən adı çəkilən alpout (alpavut) tayfasının adı ilə əlaqədardır.

Köhnə formada adı Alpoğut kimi yazılmışdır. Türk dillərində – Alp – döyüşçü, bahadır və ğut – topluluq deməkdir.

Mahmud Qaşqarlı tərəfindən Bağdadda, 11-ci əsrdə yazılan Türkcəninən qədim ilk lüğəti, antologiyası, ensiklopediyası və qrammatika kitabı olan, Divani Lüğəti’t-Türk kitabında “Alpaqut” sözü belə izah edilir: “ALPAĞUT”– tək başına düşmənə hücum edən, heç bir tərəfdən tutulmayan igid” mənasını verir.

Onlar XI-XII əsrlərdə səlcuq oğuzlarının, XIV-XV əsrlərdə Qaraqoyunlu və Ağqoyunlu, XV əsrin sonlarından isə qızılbaş tayfasının tərkibində Ön Asiya və Cənubi Qafqazın siyasi hadisələrində iştirak etmişlər.

Alpoutlar Səvəfilərə hərbi xidmət əvəzində Cənubi Qafqazın müxtəlif bölgələrində torpaq almışdılar.

Şah Təhmasibin dövründə qəbilənin başçısı İbrahim, xəlifə vəzifəsində idi (Səfəviyyə təriqəti Şeyxinin katibi). I Şah Abbasın dövründə bütün tayfa Şirvan və Qarabağ bəylərbəyinin hakimiyyəti altına keçərək oraya köçdü. Qarabağ bölgəsində Alpout qəbiləsi daha sonra yeni qəbilə birliyi olan İyirmidördlərə qoşuldu.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …