Qazax türkləri tarixində Abılay xan

GADTB: Hər xalqın tarixində mühüm rol oynayan bir sərkərdəsi vardır. Necə ki,fransızların Napoleon Bonapartı, almanların Otto Bismarkı, ABŞ vətəndaşlarının Corc Vaşinqtonu, Anadolu türklərinin Atatürkü var, qazaxların da Abılay xanı vardır. Bir çoxlarımız onu tanımırıq amma Qazax xalqı onu çox gözəl tanıyır. Çünki onlar bu günkü dövlətçiliklərini Abılay xana borcludurlar.

Mən hər sərkərdəyə qibtə etmədiyim kimi, hər Türk sərkərdəsinə də qibtə etmirəm. Abılay xanı da qibtə edilənlər arasına seçməyim onun hər Türk sərkərdəsində olmayan xüsusiyyətidir. O öz xalqı ilə yanaşı digər Türk xalqlarının da azadlıq və mədəni oyanışına nail olmaq, Türkləri bir bayraq altında yığmaq istəyirdi. Necə ki, bir zamanlar Mete xan, Mukan xaqan, Qapağan xaqan, Ənvər Paşa istəmişlər və Ənvər Paşadan başqa digərləri buna nail olmuşlar. Elə Abılay xan da az çox nail olmuşdur.

1711-ci ildə Orta Juz sultanlarından Korkem Vəli sultanın ailəsində doğulmuşdur. O,kiçik yaşlarından cəsarəti, qorxmazlığı və döyüşkənliyi ilə seçilirdi. Yüksək təhsil görmüşdü və gənc yaşlarından müdrik bir insan təsiri bağışlayardı. Hər çətin vəziyyətdən çıxış yolu tapardı. Ona görə də ona “Arruax” (əcdadların ruhu) ləqəbini vermişdilər.

1771-ci ildə Orta Juz xanı Abulmambet xan vəfat etdi. Keçirilən toplantıda Abılay xan elan olundu. Bununla da Orta Juz qızıl çağlarını yaşadı. Hakimiyyətə keçən kimi qazaxl

arı və digər xalqları vahid dövlətdə birləşdirib ona rəhbərlik etdi. Bu dövlətin sərhədləri indiki Ural ətrafını, Volqaboyunu, Qazaxıstan, Özbəkistan və Türkmənistanın

lərinə hücum etmələrinin qarşısını ala bildi.

böyük hissəsini əhatə edirdi. Abılay xan Çin və Rusiya ilə isti münasibətlərə girərək, ərazi

Abılay xan rusların əsarəti altına düşmüş türk xalqı olan başqırdların istiqlaliyyətini qaytarmaq istəyirdi. Bu məqsədlə Osmanlı sultanına məktub yazaraq rus tabeliyində olan başqırdlara istiqlaliyyət qazandırmağı təklif edirdi. Bu onun böyük şəxsiyyət olduğunu qeyd etməyə əsas verir. Ancaq heyif ki, bu istək baş tutmadı.

1781-ci ildə Abılay xan vəfat etdi. Onun ölümü ilə dövlət zəiflədi və bir çox ərazilər əldən çıxdı  ancaq Abılay xanın yandırdığı azadlıq atəşi sönmədi. 1918-ci ildə Alaş Orda dövləti yarandı. Sovetlər Alaş Ordanı yıxdısa da, 1991-ci ildə Qazaxıstan yenidən azadlığına qovuşdu.Abılay xan Qazaxıstanın özgürlük simvolu kimi hələ də qəlblərdə yaşamaqdadı.

Ramin Hüseynsoy

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın