Cümə axşamı , Dekabr 26 2024
azfa

Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirib.

Əsasən Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Həmədan, Bicar və s. şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirib.

Sosial şəbəkələrdə paylaşılan videoya görə, bu gün həmin azərbaycan şəhərlərində rabitə sahəsində çalışan təqaüdçülər etiraz aksiyası keçiriblər.

Etirazçı təqaüdçülər şüar da səsləndiriblər: “Boş vədlər kifayətdir, süfrəmiz boşdur!”

Təqaüdçülər qiymətlərin də artmasından şikayətləniblər.

Həmçinin yoxlayın

Azərbaycan təyyarəsinin səhvən vurulması ehtimalı xəbəri yayılıb

GADTB: “Qəzaya uğrayan təyyarənin gövdəsindəki dəliklər “Pantsir-S1″ hava hücumundan müdafiə raketinin zərbəsinin nəticələrinə bənzəyir”. Bu …

Güney Azərbaycanda ən çox sevilən adlar açıqlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyalətində son 9 ay ərzində qız …