GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Təbriz, ərdəbil, Həmədan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçiriblər.
Ərdəbil şəhərində təqaüdçülər Milli Təqaüd Fondu qarşısında etiraz şüarları səsləndiriblər:
“Həbsdə olan müəllim azad edilməlidir!”, “Dövlət xəyanət edir, parlament dəstəkləyir”, “Haqqımızı almayanadək, sakitləşməyəcəyik”, “Bütün bu haqsızlığı bir millət görmədi”, “İnflyasiya, bahalıq bu həyata rüsvayçılıqdır!”.
Təbrizdə etirazçı təqaüdçülər böyük banner açaraq, öz tələblərinə diqqət yönəltmək istəyiblər. Onlar dövləti tənqid edərək, özü çıxardığı qanuna əməl etmədiyini bildiriblər.