GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın əksər şəhərləri, o cümlədən Təbriz, Urmiya, Ərdəbil, Sulduz, Qoşaçay və s. şəhərlərində müxtəlif tədbirlərlə Zəfər Günü qeyd edilib.
Əksər şəhərlərdə 8 noyabr Zəfər günü ilə bağlı posterlər çap edilərək divarlara yapışdırılıb və ya paylanılıb.
Posterlərdə Azərbaycan bayrağı və Dəmir Yumuruq heykəli təsvir olunub.
Güney Azərbaycan şəhərlərində yayılan və divarlara yapışdırılan posterlərdə “Zəfər bayramınız qutlu olsun, Qarabağ Azərbaycandır” və s. şüarlar yazılıb.
Təbrizdə azərbaycanlı fəalların çap edib divarlara yapışdırdığı posterlərin üzərində “Zəfər bayramınız qutlu olsun!”, “Qarabağ Azərbaycandır!”, “Aandır arzulara hər zamana Qarabağ, Danışar dil-dodağın tar, kaman Qarbağ, Qarabağ can Qarabaq ana yurdum”, “Yolumuz Qurtuluşdur” və “Azadlıq, Ədalət, Milli Hökumət” və s. ş yazılıb.
Azərbaycanlı fəallar Güney Azərbaycanda beləliklə Azərbaycanın Zəfər Gününü qeyd ediblər.
Həmçinin noyabrın 7-dən 8-ə keçən gecə Zəfər Günü ilə bağlı Urmiya şəhərində atəşfəşanlıq olub. Molla rejimi dünən bir neçə azərbaycanlı fəalı həbs edib.