Cümə axşamı , Sentyabr 10 2026
azfa

Güney Azərbaycan və İran adlanan ölkədə müəllimlərin tətil və etirazı ikinci gündür davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan və İran adlanan ölkədə müəllimlərin etiraz və tətilləri davam edir.

Bu gün 2018-ci il oktyabr ayının 15-də Güney Azərbaycan və İran adlanan ölkədə müəllimlərin ağır iqtisadi duruma, ədalətsizliyə və əmək haqqının aşağı olmasına başlatdığı etiraz və tətillər ikinci günə daxil olub.

Güney Azərbaycanın Təbriz, Qəzvin, Kərəc və s. şəhərlərində azərbaycanlı müəllimlər tətil və etiraza davam edirlər. azərbaycanlı müəllimlər məktəbdə müəllimlər otağına toplaşaraq dərslərə girməyib və əmək haqqının aşağı olması və rejimin ədalətsizliyinə etiraz etdilər.

Bəzi məktəblərdə məktəblilər də müəllimlərə dəstək olaraq, dərslərə girməyib və tətilə başlayıblar.

İran adlanan ölkənin bəzi şəhərlərində də müəllimlər tətillərə davam edir.

 

Həmçinin yoxlayın

Qaradağ meşələrini molla rejimin mədənçilik fəaliyyəti məhv edir – Video

GADTB: Yayılan görüntülər bir ildən də az müddət ərzində Qaradağın meşələrinin və təbii ərazilərinin bir …

ABŞ səfirliyi: Husilər Yəməni İran İslam Respublikası üçün bazaya çeviriblər

GADTB: ABŞ-ın Yəməndəki səfirliyi bildirib ki, husilər və onların İrandakı tərəfdarları hesablamalarında yanılıblar və Yəmənin …

Bir cavab yazın