Cümə axşamı , Mart 28 2024
azfa

Toponimlərimizdə yaşayan gizlin həqiqətlər

GADTB: Toponimlər hər bir xalqın milli və mənəvi sərvətidir. Hər hansı ölkənin, bölgənin toponimlərində  tarixi, o dövrün coğrafi mühütü yaşayır. İstənilən coğrafi ad (toponim) təsadüfən, heç nədən yaranmır. Hər bir toponim ictimayi məhsuldur. Mənasız, “göydən düşmə” toponim ola bilməz. Ancaq heç də, bütün coğrafi adların mənası və mənşəyi ilk baxışdan bizə aydın olmur. O üzdən toponimlərin öyrənilməsi çox vacibdir.

Qax rayonununda yetərincə müxtəlif və maraqlı toponimlər mövcuddur. İlisu, Sarıbaş və Ağçay kəndləri ərazilərində diqqət çəkən yüzlərcə  coğrafi adlar mövcuddur. Bölgədəki coğrafi adları

1.Təbii-coğrafi toponimlər.

2.Tarixi-etnoqrafik toponimlər.

Biz bölgədə mövcud olan bəzi maraqlı coğrafi yer adlarını geniş izah etməyə çalışacağıq.

Qara vidir- kəndin şərqində, Qıcal dağında yerləşən qayalıq ərazi. Bu qayalıqdan Qıcal dağının otlaqlarına dağ yolu keçir. Vidir türk dillərində dağ yolu deməkdir. İlisuda isə daha çox çətin keçilən dağ yolu kimi işlədilir . Qara  sözü isə bu dağ yolunun daha çətin, keçilməz olduğunu göstərmək üçün əlavə olunmuş.   Ərtürkən (Erturgen) –İlisu kəndinin qərbində, Kürmükçayın sağ sahilində yerləşən dağ. Dağ yay otlaqları kimi istifadə olunur.Yerli əhali bəzən dağı Əlitürgən kimi adlandırır. Əslində sözün ilk hissəsi “Ər”-dir . Ər isə məlumdur ki, möhkəm, mərd, qəhrəman, igid, qoçaq deməkdir. Maraq çəkən məqam sözün ikinci hissəsi olan – türkəndir (turgen). Məhşur rus türkoloqu N.Baskakov  “Türk mənşəli rus familiyaları” kitabında göstərmişdir ki, turgen türk, monqol sözü olub “cəld, sürətli, iti” deməkdir. Bundan başqa söz “qızğın, əsəbi, hərarətli, tələsgən, savaşqan, öcəşkən” mənasınıda verir.Əlavə olaraq demək lazımdır ki, turgen sözü Rusiyada tanınmış “Turgenyevlər” soyadının kökünü təşkil edir.

Hun beli aşırımı (ortada)

Hunbel (Hun beli) – Şarıbaş kəndindən şimalda, Böyük Qafqaz dağlarının Dağıstanla olan sərhəddində yerləşən aşırım. Hündürlüyü 2657 metr olan bu aşırım iyul-oktyabr ayları arasında keçid üçün əlverişlidir. Məlumdur ki, skif, sak, kəmər, hun və bir çox başqa türkmənşəli tayfalar Azərbaycana Dərbənd və Dəryal keçidləri vasitəsi ilə daxil olmuş.Maraqlıdır ki, eramızın III əsrində tərtib olunmuş Avropa və Asiyanının qədim xəritəsində bu keçidlərdən başqa “Alban keçidi” adlanan daha bir keçid haqqında məlumat verilir və bu keçidin məhz Şimal-qərbi Albaniya bölgəsində olduğu güman edilir. Böyük ehtimalki Hun bel aşırımı elə Alban keçidir. Keçidin adı əhalinin yaddaşında “Hun beli” kimi qorunub indiyə kimi gəlib çıxmış.

Qaflan dağ və Qaflan dərə  – İlisu kəndindən şərqdə, Hamamçay dərəsi vadisində yerləşən dağ və dərə. Dağın hündürlüyü 2879 metrdir. Azərbaycanın fiziki-coğrafi məlumat  xəritəsində zirvənin adı Qaflan kimi göstərilib. Məlumdur ki, qaflan aslan, pələng, bəbir mənasını verir. Alternativ kimi, qaplan sözü də işlədilir.Qaplan Bəbir (lat. Panthera pardus) — pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü hesab olunur. Yaşlı nəslin nümayəndlərinin dediklərinə görə, bu dağda və dərədə zaman-zaman qaplana rast gəlinib. Əlavə olaraq bir məqamıda qeyd edək: Qaflan dərə adlı toponim Əfqanıstanın şimalında yerləşən bir çay vadisinin adıdır və rəsmi mənbələrində Kaflandara, Qaflan Дара, Кафландара (рус), Qaflān Darreh, قفلن دره (фа), Qaflan Darah kimi qeyd edilib.

Kötüklü (Kotuklu)-kəndin şimalında,Hamamçayın sağ sahilində yerləşən dağ. Yerli əhali dağın adını ağac kötüyü ilə əlaqələndirir.Əslində dağ digər ərazilərnən müqayisədə az meşə örtüyünə malikdir, demək olar ki, kol və xırda ağaclarla örtülüdür.Hər hansı gözə çarpacaq iri ağac kötükləri mövcud deyil.Bu adı qədim türk tayfalarından biri olan kataklarla əlaqələndirirlər.Məlumdur ki, hun tayfaları ilə birlikdə Azərbaycana katak, avar və b. tayfalar da gələrək  Azərbaycanın bir çox ərazilərində olduğu kimi Şəki-Zaqatala bölgəsində də məskunlaşmışdılar. Kötüklü toponimi məhz bu qədim türk mənşəli tayfalardan biri olan katak tayfasının adını əks etdirir.

Bucaq məhəllə – İlisu kəndində məhəllə. Çox vaxt  “Bucaq” toponimini bu günkü mövcud coğrafi mövqeyinə görə izah etmək istəyirlər. Yəni kəndin bucaq, künc hissəsi. Məlumdur ki, Azərbaycanın bir çox bölgələrində (Oğuz, Kürdəmir, Neftçala, Yevlax) “Bucaq” coğrafi adı mövcuddur və əslində bucaq türk mənşəli tayfa adı ilə bağlı etnotoponimdir. Bucaqlar köçəri noqoyların bir qolu olmuşdur. Sərkərdə Noqoyun yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Onlar Dnepr, Dunay çayları və Qara Dəniz arasındakı bir küncdə (bucaqda) yaşadıqlarına görə belə adlanmışlar.

Sarıbaş- Kürmük çayının sahilində, İlisu kəndindən şimal-qərbdə yerləşən kənd.Kəndin adı ilə müxtəlif fikirlər mövcuddur. Ancaq böyük ehtimalı ki, kəndin adı qədim türk tayfalarından biri olan sarıbaşların adı ilə bağlıdır.Sarıbaş adlı  yaşayış məntəqələri Ermənistanda və Krımda da qeydə alınmışdır. Bundan başqa Sumqayıt çayının qolu Sarıbaş adlanır.

Maq- Şarıbaş kəndindən şimlada, Dağıstanla sərhəddə yerləşən dağ. Maq Qax rayonu daxilində olan ən yüksək dağdır (3486m). Dağın digər adı Axvaydır. Maq adının izahı haqqında rəsmi bir məlumat olmasada, maq sözü daha çox  Azərbaycan türklərinin təşəkkülündə mühüm rol oynamış türk mənşəli maq tayfaları ilə əlaqəlidir. Maq sözü həm etnonim, həm də kahin anlamında işlənilir.Cənubi və şimali Azərbaycanda bir çox tayfaları keçmişdə mağ, muğ, baq fonetik variantları ilə bəlli olan maq etnonimi ilə adlanmışdır.

Qıcal –İlisu kəndindən şərqdə yerləşən dağ. Dağ ərazidə olan ən yüksək yay otlaqlarından biri hesab olunur. Toponim qacal sözünün dəyişməsi nəticəsində formalaşmış. Qacal –yaylaq, meşə ətrafında otlaq yer mənasını verir. Qacal toponimi Qərbi Azərbaycanın Meğri rayonu ərazisində də qeydə alınmış.

Muşun-Şarıbaş kəndi yaxınlığında yerləşən dağ.Sözün ilk hissə olan Muş Türkiyənin Muş ilinin inzibati mərkəzidir.Muş termini fərqli formalarda  izah olunur. Diqqət çəkən məqamlardan biri odur ki, Mahmud Qaşqarlının  “Divanu Luğat-it-turk” kitabında belə bir atalar sözü var:“Öldeçi sıçgan muş ayakı kaşır” (öləcək siçan pişik ayağı qaşıyar). Ola bilsin ki, Muşun dağı ərazidə olan meşə pişiklərinin və ya diğər pişikkimilərin geniş yayılmasına görə adlanmış.

Namik Man-taş.

 

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın