Bazar , Dekabr 22 2024
azfa

`Güney Azərbaycan və İran şəhərlərində müəllimlərin etiraz aksiyası yenidən başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan və İran şəhərlərində müəllimlər yenidən etiraz aksiyasına başlayıblar.

Güney Azərbaycanın Təbriz, Urmya, Zəncan, Tehran və s. şəhərlərində müəllimlər bu gün yanvarın 31-i səhər saat 10-dan başlayaraq Baş Təhsil İdarəsinin qarşısına toplaşıblar.

Hakimiyyət orqanları tərəfindən etirazçı sayının artmaması üçün ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulub.

Müəllimlər rütbələndirmə qanununun icra olunmasını və təqaüdlərin ödənilməsini tələb ediblər.

İran Təhsil İşçiləri Koordinasiya Şurasının növbəti çağırışından sonra 29-30 yanvar tarixlərində oturaq aksiya keçirilib.

Güney Azərbaycan şəhərləri ilə yanaşı İranın da əksər şəhərlərində müəllimlər etiraz aksiyası keçiriblər.

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …