Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Təbrizdə təqaüdçülər yenidən etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən yanvarın 30-da Təbrizdə bir qrup təqaüdçü yenidən etiraz aksiyası keçirib.

Təqaüdçülər bu ayda üçüncü dəfə yenidən Şərqi Azərbaycan əyalətində Sosial Təminat İdarəsinin qarşısına toplaşıblar .

Etirazçılar bundan öncə davamlı səsləndirdikləri “Haqqımızı almayınca susmayacağıq”, “Ləyaqətsiz məsul, istefa-istefa” s. şüarlarını səsləndiriblər.

Bu, yanvar ayında təbrizli təqaüdçülərin keçirdiyi üçüncü aksiyadır və bundan öncə onlar eyni istəklərlə yanvarın 16 və 23-də etiraz aksiyası keçiriblər.

Etiraz edən təqaüdçülər təqaüdlərinin aşağı olmasına, rütbələndirmə və bərabərləşdirmə qanununun tətbiq olunmamasına etiraz ediblər. Onlar həmçinin sığorta xidmətləri sahəsindəki problem və çatışmazlıqların həll edilməsini tələb ediblər.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …