Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Türkmən şəhəri Kərkük İŞİD hücumuna məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türkmənlərin Kərkük şəhərinə terror təşkilatı İŞİD hücum edib. Nəticədə 2 polis əməkdaşı həlak olub.

Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri şəhərin cənubundakı Ər-Riyad qəsəbəsi yaxınlığında İraq federal polisinə məxsus müşahidə məntəqəsinə silahlı hücumun təşkil edildiyini bildirib.

Ə.Nuri hücumun terror təşkilatı İŞİD tərəfindən Əhməd ət-Təyyar kəndi yaxınlığındakı müşahidə məntəqəsində həyata keçirildiyini, yüngül silahların atıldığı hücum nəticəsində 2 polisin öldüyünü, 1 polisin isə ağır yaralandığını bildirib.

Hücumdan sonra təhqiqat başladıldığını qeyd edən Nuri yaxın zamanda bölgədə əməliyyata başlanılacağını qeyd edib.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …