Çərşənbə , Oktyabr 14 2026
azfa

Güney Azərbaycanda əhali mis mədəninin zərərli fəaliyyətinə görə etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xiyav şəhərində Ağdərə mis mədənində partlayışlar nəticəsində ətrafdakı yaşayış məntəqələrində yerli sakinlərin evlərinə ziyan dəyib. Bu da əhalinin ciddi narazılığına səbəb olub.

Mədənin qarşısında keçirilən etirazlarda Cavad İsmayılzadə adlı əhali yaxalanıb. Bundan da qəzəblənən əhali kələntəri 11-in qarşısına toplaşıb etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, Güney Azərbaycandakı mədənlərin sərvətləri daşınaraq fars bölgələrinə aparılır, lakin mədənlərin yerləşdiyi bölgənin əhalisi xəstəliklərlə üzləşir, həm də bölgənin ekoloji tarazlığı pozulur.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …