Çərşənbə , Avqust 19 2026
azfa

Həbsdə olan azərbaycanlı həkim: “Heç bir hökumət zülmlə ayaqda qala bilməz”

Yəzd həbsxanasında 15 il sürgün cəzasına həbs edilən azərbaycanlı məşhur həkim Həmid Qarahəsəli siyasi məhbuslar Məhəmmədmehdi Kərəmi və Məhəmməd Hüseyninin edamının ikinci ildönümündə bildirib ki, heç bir hökumət zülmlə ayaqda qala bilməz.

Qarahəsənli İranda əhaliyə müraciətində deyib: “Ehtiyat və qorxunu cəsarətlə əvəz etməliyik. Biz bütün gücümüzlə dayanmadan çalışmalıyıq. Rəngindən, irqindən və dinindən asılı olmayaraq bütün iranlılar üçün səy göstərək. Biz haqlı tələblərimizi əldə etmək prosesində zorakılıq hərəkətlərinə yol verməməliyik… Həqiqəti nə qədər sıxışdırsalar da, yenidən yüksələcək. Çünki heç bir yalan sonsuza qədər gizlənə bilməz və zülm edən heç bir hökumət tab gətirə bilməz”.

Qeyd edək ki, Həmid Qarahəsənli 2022-ci ilin sentyabrında başlayan xalq etirazlarında hökumət qüvvələrinin öldürdüyü azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqdan bir gün sonra həbs edilib. / Azad İran

Həmçinin yoxlayın

Traktor komandası İsfahanda Sepahanı məğlub etdi

QADTB: Azərbaycanın Traktor komandası səfərdə keçirdiyi oyunda İsfahanın Sepahan komandasını 2:0 hesabı ilə məğlub edib. …

“Milad Balsini” Təbriz prokurorluğuna çağırıldıqdan sonra saxlanılıb

QADTB: Azərbaycanlı fəal “Milad Balsini” 1405-ci il mordadın 27-də Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci …