GADTB: Güney Azərbaycanda dördüncü Milli Aşıqlar festivalı bu ilin yanvar ayında Güney Azərbaycan və türklər yaşayan digər bölgələrdən olan aşıqların iştirakı ilə keçiriləcək.
Festivalın katibi Məhəmməd İbadi bununla bağlı deyin: “Bu festivalda İranın hər yerindən aşıqların iştirakı ehtimalı nəzərdə tutulur və festival iki hissədən ibarət olacaq. Bu milli bayram Təbrizdən başqa Vərziğan, Əhər, Mərənd, Marağa, Miyanə və Culfa şəhərlərində də səhnələşdiriləcək.”
Festivalın Sənət bölməsində yaş tələbi yoxdur və bütün aşıqlar iştirak edə bilər. Ədəbi və rəqabətli olan digər hissədə isə katibliyə göndərilən əsərlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və ən yaxşıları seçiləcək.