Cümə , Oktyabr 16 2026
azfa

BMT İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda insan haqlarının pozulmasını pisləyən qətnamə dünən BMT Baş Assambleyası tərəfindən 80 lehinə, 27 əleyhinə və 68 bitərəf olmaqla təsdiq edilib.

Məlumata görə, İranda insan haqlarının ağır və kobud şəkildə pozulmasına dair olan qətnamə Kanada tərəfindən hazırlanıb.

Qeyd olunub ki, qətnamədə İran hökumətindən müxaliflərə və etnik azlıqlara qarşı təzyiq və ayrı-seçkiliyə, əsassız həbslərə, məhbuslara qarşı düzgün olmayan və alçaldıcı davranışlara son qoyması istənilib.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …