Güney Azərbaycanda xalçaçılıq sənayesi ağır duruma salınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda əhalinin əsas dolanışıq sahələrindən biri olan xalçaçılıq sənayesi ağır duruma salınıb.

Güney Azərbaycanın Zəngan bölgəsində bu sahədə ciddi böhran yaşanır. Xalça və kilim istehsalı mərkəzlərindən biri olan bu bölgə molla rejimin ayrı-seçkilik siyasəti və laqeydliyi üzündən böyük böhranla qarşı-qarşıyadır.

Molla rejimi bu sənayenin canlanması və əhalinin gəlir mənbəyi kimi davam etməsi üçün heç bir addım atmır.

Zəngan əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının rəisi Bəhmən Cəfəri bildirib ki, əyalətdə 30 min xalçaçı fəaliyyət göstərir ki, onlardan 85%-i kəndlilərdir. Onlar isə sığortasız çalışırlar.

Onun sözlərinə görə, Zəngan xalçalarının ixracı qeyri-rəsmi xarakter daşıyır.

Qeyd edək ki, xalçaların ixrac dəyəri ildə 12 milyon dollardan çox olur. Bu xalçalar isə Qum xalçaları adı altında yerli olmayan tacirlər tərəfindən satılır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …