Bazar , Oktyabr 18 2026
azfa

Güney Azərbaycandan Azərbaycanla həmrəyliyə çağırış

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan azərbaycanlı milli-mədəni fəallar Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı aksiyaya çağırış ediblər.

Çağrışda Azərbaycanla həmrəylik üçün yanvarın 29-u yerli vaxtla saat 17:00-da Azərbaycan Respublikasının Tehrandakı səfirliyi və Təbrizdəki konsulluğu qarşısına toplaşaraq çələnglər qoyub və şamlar yandırmaq təklif edilib.

Çağırışda deyilir; “Bu vasitə ilə Azərbaycan Respublikası və Arazın quzeyində yaşayan soydaşlarımızla həmrəy olduğumuzu bildirib, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı həyatını itirən soydaşımzın xatirəsini anacağıq”.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …