GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yusif Mehrdadın bacısına istinadən azərbaycanlı vəkil Qasim Boodi paylaşdığı tvitində yazıb ki, Ərak şəhərindən olan Yusif Mehrdadın həyatı təhlükədədir…
Yusifin bacısı yazlr: “Salam.
Mən Yusifin bacısıyam.
Elan etdilər ki, sabah sübh azanından əvvəl hamı həbsxananın qapısı önündə olmalıdır!
Səsimiz olun, bacardığınız qədər bildirin!”
O, 2020-ci ilin iyun ayında Ərdəbildə saxlanılaraq Əraka aparılıb.
Onu “müqəddəsləri təhqir etmək və Peyğəmbəri söymək” ittihamı ilə edam cəzasına məhkum ediblər.
Yusif Mehrdad hazırda edam olunmaq üçün təkadamlıq kameraya köçürülüb.